Cari mövsüm başa çatdıqdan sonra "Qalatasaray"dan ayrılacaq ilk futbolçunun kimliyi məlum olub.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Cim Bom"un bu il qış transferi pəncərəsində "Boka Xunyors"dan icarəyə götürdüyü Qillermo Burdisso İstanbul klubu ilə müqaviləni yeniləməyəcəyini deyib.
Mövsümün sonu sözləşməsi başa çatan argentinalı müdafiəçi "Boka Xunyors"a qayıdacağını bildirib.
Qeyd edək ki, Q.Burdisso oynadığı matçlarda gözlənilənləri vermədiyi üçün əsasən ehtiyat oyunçular sırasında yer alıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !