Klub Olcan Adının transferi üçün danışıqlara başladığını rəsmi şəkildə açıqlayıb
"Qalatasaray" klubu ilk transferini gerçəkləşdirib.
ANS PRESS-in məlumatına görə, klub "Trabzonspor"un futbolçusu Olcan Adının transferi üçün danışıqlara başladığını rəsmi şəkildə açıqlayıb.
"Trabzonspor" klubu da futbolçusunun "Qalatasaray"a keçidini təsdiqləyib: "Professional futbolçumuz Olcan Adının "Qalatasaray"a transferi ilə bağlı danışıqlara başlanılıb", -deyə klubdan bildirilib.
Qeyd edək ki, "Qalatasaray" bu keçid üçün "Trabzonspora" 4,5 milyon avro ödəyəcək və Saleh Dursunu verəcək.
"Trabzonspor"da illik 800 min avro qazanan Olcan Adın isə "Qalatasaray"da ildə 2 milyon avro qazanacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !