"Qalatasaray"lı futbolçular "Mançester Yunayted"i istəyir

19:06 | 13.12.2013
"Qalatasaray"lı futbolçular "Mançester Yunayted"i istəyir

"Qalatasaray"lı futbolçular "Mançester Yunayted"i istəyir

Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"u məğlub edərək növbəti mərhələyə yüksələn "Qalatasaray"lı futbolçuların 1/8 finalda hansı klubla qarşılaşmaq istədiyi məlum olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisinin oyunçularının çoxu püşkatmada "Mançester Yunayted"lə düşmək istəyir. 

"Bavariya" isə "Qalatasaray"lı futbolçuların qarşılaşmaq istəmədikləri ilk komandadır.

"Qalatasaray"dan kim hansı komandanı istəyir?

Didye Droqba: "Mançester Yunayted"

Uesli Sneyder: "Mançester Yunayted"

Burak Yılmaz: "Mançester Yunayted"

Fernando Muslera: "Mançester Yunayted"

Emmanuel Ebue: PSJ

Şedju: "Borussiya" (Dortmund)

Albert Riera: "Atletiko" (Madrid)

Qeyd edək ki, ÇL-in 1 /8 finalının püşkü dekabrın 16-ə atılacaq.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb