"Qalatasaray"la oyun final matçı kimi olacaq"

12:53 | 06.12.2013
"Qalatasaray"la oyun final matçı kimi olacaq"

"Qalatasaray"la oyun final matçı kimi olacaq"

"Yuventus" klubunun futbolçusu Corco Çellini Çempionlar Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qalatasaray"la oyunöncəsi fikirlərini bölüşüb.Qol.Az-ın məlumatına görə, italiyalı futbolçu "Qalatasaray"la matçın onlar üçün final oyunu kimi olacağını bildirib:"ÇL-də 16 komanda arasında olmaq istəyirik. İstanbulda bizi bərabərlik də qane edəcək. Ancaq belə komandaya və onun azarkeşlərinə qarşı oynamaq heç də asan deyil. Bu baxımdan "Qalatasaray"la oyun final matçı kimi olacaq. Rəqib kimi biz də meydanda bütün gücümüzü qoyacağıq. "Qalatasaray"ın heyətində Sneyder, Burak və Melo kimi təhlükəli futbolçular var. Ancaq təkcə bu futbolçular deyil, rəqibin bütün oyunçularına qarşı diqqətli oynamalıyıq".Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı dekabrın 10-da, Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb