"Atletiko" bu mövsüm əsas komandada şans verilməyə başlanılan "Qalatasaray"ın gənc futbolçusu Berk İsmayılı yaxından izləyir.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 19 yaşlı hücumçunu 20-dən çox matçda izləyən klub nümayəndələri baş məşqçi Dieqo Simeoneyə Berk haqqında 25 səhifəlik qeydləri təqdim edib.
İkinci komandada bu mövsüm 22 oyunda 17 qol vuran gənc futbolçu Türkiyə superliqasında 5 görüşdə iştirak edib.
B.İsmayılın da Arda Turan kimi Madrid klubuna transfer olunmaq şanlarıın yüksək olduğu bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !