"Qalatasaray"ın transfer edəcəyi 4 futbolçu

10:41 | 27.12.2013
"Qalatasaray"ın transfer edəcəyi 4 futbolçu

"Qalatasaray"ın transfer edəcəyi 4 futbolçu

"Qalatasaray" baş məşqçisi 4 futbolçunun transferi üçün göstəriş verib.ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qış transferi müddətində klub rəhbərliyinə siyahı verən italiyalı mütəxəssis Roberto Mançini qısa müddətdə adı verilən oyunçuların kluba cəlb edilməsini istəyib.Siyahıdakı adlara gəlincə isə Mançini "Eskişehirspor"dan Tarık Çamdalı, "Kayserispor"dan Saleh Dursun, "Bursaspor"dan Sərdar Əziz və braziliyalı sol cinah oyunçusu Aleks Tellesi komandada görmək istədiyini deyib. Klub rəhbərliyi isə qısa müddət ərzində adı çəkilən futbolçuların transferi üçün bütün səyləri göstərəcəklərini bildiriblər.Qeyd edək ki, "Qalatasaray" prezidenti bir müddət öncə klubun Çempionlar Liqasında qrupdan çıxacağı təqdirdə heyətini gücləndirmək üçün yeni oyunçuların heyətə cəlb olunacağını bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb