Kriminal-eksperti Sergey Qoloyan bildirib ki, bu ölkədə oğurlamağa belə heç nə yoxdur
“Qanuni oğrular” Ermənistanda yaşamaq istəmirlər. Bu kasıb ölkədə oğurlamağa belə heç bir şey yoxdur".
Yerli jurnalistin kriminal-ekspert Sergey Qoloyan ilə söhbətindən sonra bu fikirə gəlmək olar. O, bildirib ki, Ermənistanın “qanuni oğruları” təsadüf hallarda vətənlərinə gəlirlər, çünki dövlət o qədər kasıbdır ki, nə isə oğurlamaq mümkün deyil.
Eyni zamanda qeyd olunub ki, dünyanın bir çox ölkəsində erməni əsilli olan “qanuni oğru” yaşayır.
Onun sözlərinə görə, bu oğrular ancaq vacib halda dövlətlərində görülə bilərlər. Qoloyan oğruların vətənə gəlmələrinin səbəbini dəqiq deməsə də, xüsusilə qeyd edib ki, gəlişləri heç vaxt siyasətlə bağlı ola bilməz, çünki onlar siyasəti qəbul etmirlər.
O, eləcə də xüsusilə vurğulayıb ki, Ermənistanın oğru aləmində mütəmadi olaraq dəyişikliklər gedir. Əsasən də Ded Hasanın (Usoyan) ölümündən sonra. Bu dəyişikliklər Rusiyada keçiriləcək qış olimpiya oyunlarının açılışı ərəfəsində sonlanacaq. Soçiyə mütləq cinayət aləminin üzvləri qatılacaq, amma tamaşaçı kimi yox, özlərinin təmiz, peşəkar erməni cinayət işlərini nümayiş etdirmək üçün.
ANS PRESS