"Qarabağ" Avropanın ən yaxşısı oldu - SİYAHI

11:53 | 01.04.2014
"Qarabağ" Avropanın ən yaxşısı oldu - SİYAHI

"Qarabağ" Avropanın ən yaxşısı oldu - SİYAHI

"Qarabağ" Avropanın ən yaxşı müdafiə xəttinə sahib olan klubudur. Fanat.az xəbər verir ki, Ağdam klubu cari mövsümdə ən az qol buraxan klublar siyahısında birinci pilləyə yüksəlib. Sonuncu 24-cü turun "Neftçi" ilə oyununda qol buraxan komanda (4:1) "Bakı” (4:0), "İnter” (3:0), "Sumqayıt” (3:0) və "Qəbələ” (3:0) matçlarında qapısını toxunulmaz saxlayıb. "Qarabağ" cari mövsümdə 14 qola üzülüb.Premyer Linanın lideri son turadək Avropa klubları arasında yalnız "Bavariya"dan geri qalırdı. Sonuncu turda "Hoffenhaym"la 3:3 hesablı heç-heçəyə razılaşan Münhen klubunun buraxdığı qolların sayı 16-ya çatıb.Ən az qol buraxanların siyahısında "Simurq" da var. Zaqatala təmsilçisi 22 oyunda 22 dəfə məyus olub və "Qalatasaray", "Ayaks", "Yuventus", "Atletiko", və "Artomitos"lə birlikdə 14-19-cu pilləri bölüşür.Avropanın 14 önəmli milli çempionatında və Azərbaycanda ən azı qol buraxan klubları təqdim edirik:1. Qarabağ - 142. Roma - 153. Benfika - 154. Bavaryia - 165. Seltik - 166. Standard - 177. Olimpiakos - 178. Sportinq - 179. Lokomotiv - 1710. PSJ - 1811. Lill - 1912. Portu - 2013. Midilyand - 2114. Qalatasaray - 2215. Simurq - 2216. Ayaks - 2217. Yuventus - 2218. Atletiko - 2219. Artomitos - 2220. Zenit - 2321. Çelsi - 2422. Panatiniakos - 2423. Barselona - 2524. Beşiktaş - 2525. Eskişəhərspor - 25ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM