Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubunun qardaş ölkədə keçirəcəyi yoldaşlıq oyunlarındakı 4 rəqibindən 3-ü müəyyənləşib.Qol.Az-ın Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ağdam təmsilçisi ilk yoxlama görüşünə yanvarın 19-da çıxacaq.Qurban Qurbanovun komandası həmin gün Rumıniyanın "Dinamo" (Buxarest) klubu ilə qarşılaşacaq. Topaz Premyer Liqasının hazırkı lideri yanvarın 23-də Qazaxıstanın "Spartak" (Semey) və iki gün sonra Ukraynanın "Volın" klubları ilə üz-üzə gələcək.Qeyd edək ki, "Qarabağ"ın yanvarın 22-də yoldaşlıq görüşü keçirəcəyi rəqib isə hələlik məlum deyil. Buna yaxın günlərdə aydınlıq gələcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !