""Real Madrid" və "Atletiko" oğlumu istəyir"

21:28 | 21.04.2014
""Real Madrid" və "Atletiko" oğlumu istəyir"

""Real Madrid" və "Atletiko" oğlumu istəyir"

Bu mövsüm gözəl oyunu ilə böyük klubların diqqətini çəkən Türkiyə milli futbolçusu Hakan Çalhanoğlunun transfer söz-söhbətləri ilə bağlı atasından şok açıqlama gəlib. Milli.Az goal.com-a istinadən xəbər verir ki, 20 yaşındakı futbolçunun atası Hüseyn Çalhanoğlu AS qəzetinə açıqlama verib: "Hamburq" ilə 2018-ci ilə qədər davam edəcək müqavilə imzalamışdıq. Ancaq indi Hakanı istəyən 10 fərqli klub var. "Atletiko Madrid" də bunlardan biridir. Bundan əlavə "Real Madrid" də oğlumun meceri ilə əlaqə saxlayıb. Ancaq bütün bunlar haqqında mövsümün sonunda düşünəcəyik". Qeyd edək ki, Hakan Bundesliqada 29 maçtda meydana çıxıb və 10 qola imza atıb, 4 dəfə də assistantlıq edib. ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM