"Real" (Madrid) klubu Xabi Alonsonun əvəzləyicisini tapıb.
Qol.Az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, yeni mövsüm 34 yaşı olacaq ispan yarımmüdafiəçinin əvvəlki formada olmayacağını düşünən klub rəhbərliyi yarımmüdafiə xəttini daha bir oyunçu ilə gücləndirməyi planlaşdırır.
"Real"ın transfer etmək istədiyi futbolçu isə "Sevilya"dan İvan Rakitiçdir. "AS" qəzeti yazıb ki, artıq bu transfer tamamlanmaq üzrədir. Rakitiçin Madrid klubu ilə dörd illik müqavilə imzalayacağı iddia edilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !