İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi ilk dəfə olaraq Londonda səhnəyə qoyulur.
Aloff teatrı tərəfindən hazırlanan pyesi, ingilis dilinə tearın rəhbəri Sənan Əliyev tərcümə edib. Tamaşanın rejissoru isə Filiz Ozcandır.
Yerli aktyorlar - Doug Devaney, Stephanie Harte, Karl Niklas, Zara Plessard və Helen Coles tərəfindən canlandırılacaq tamaşa, 9-27 sentyabr tarixlərində Lost Theatre-də nümayiş etdiriləcək.
Hazırda repitisiyalar keçən heyət, məşqlərini Londondakı Azərbaycan Evi mədəniyyət mərkəzində davam etdirir.
Videonu BBC Azərbaycanca müxbiri Vüsal Həmzəyev Londondakı "Azərbaycan evi"ndə keçirilən məşqlər zamanı hazırlayıb.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !