"Statoil" "Şahdəniz" və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10%-ni satdı

17:24 | 06.05.2014
"Statoil" "Şahdəniz" və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10%-ni satdı

"Statoil" "Şahdəniz" və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10%-ni satdı

 Norveçin “Statoil” neft şirkəti “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10%-ni satıb. “Statoil”in yaydığı məlumata görə, sövdələşmənin ümumi dəyəri 1,45 mlrd. ABŞ dolları təşkil edib. Sövdələşmə nəticəsində “Statoil” şirkətinin Azərbaycandakı aktivlərinin 6,7%-ni Azərbaycan Dövlət Neft Şirkəti, 3,3%-ni isə BP şirkəti əldə ediblər. Qeyd edək ki, əməliyyat nəticəsində "Şahdəniz" layihəsinin iştirakçılarının payları aşağıdakı kimi bölünüb: BP (28,8%), ARDNŞ (16,7%), "Statoil" (15,5%), "Total" (10%), Lukoil (10%), NIKO (10%) və TPAO (9%).ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti