"Televiziyalarda qeyri-etik, təhqiramiz və əxlaqsız ifadələrin kökü tamamilə kəsilməlidir"

20:37 | 07.02.2014
"Televiziyalarda qeyri-etik, təhqiramiz və əxlaqsız ifadələrin kökü tamamilə kəsilməlidir"

"Televiziyalarda qeyri-etik, təhqiramiz və əxlaqsız ifadələrin kökü tamamilə kəsilməlidir"

 “Son vaxtlar Azərbaycanın bəzi telekanallarında qeyri-etik ifadələrin sayı artıb. Bu məsələ Milli Televiziya və Radio Şurasını ciddi düşündürür və bunların qarşısını almaq istəyir”. Bunu APA-ya açıqlamasında MTRŞ-ın sədr müavini Qafar Cəbiyev deyib. O bildirib ki, televiziya hər zaman maarifçilik işi ilə məşğul olmalıdır. Q.Cəbiyevin sözlərinə görə, televiziyanın ən böyük missiyalarından biri olan maarifçilik bütün proqramlarda ön planda dayanmalıdır: “Amma əfsuslar olsun ki, bizim televiziyalar bəzən bunu unudur. Süni reytinqə qaçmaq adı ilə efirdə hər nə gəldi, göstərirlər. Maarifçilik arxa plana keçir, bəzən isə tamamilə unudulur. Efirlərdə yolverilməz ifadələr gedir. Televiziyalarda qeyri-etik, təhqiramiz ifadələrin, əxlaqsız sözlərin, yanaşmaların kökü tamamilə kəsilməlidir. Proqramlarda istər açıq, istərsə də üstüörtülü şəkildə belə sözlərin verilməsi yolverilməzdir. Əfsuslar olsun ki, bəzi kanallarda belə yolverilməz hallar müşahidə olunmaqdadır”. MTRŞ sədrinin müavini qeyd edib ki, efiri qarşılıqlı söyüş, dava-dalaş meydanına çevirmək olmaz: “Danışığını bilməyən, yetənə-yetən, yetməyənə daş atan insanları efirə buraxmaz düzgün deyil. Belə qalmaqallı şoularla efiri doldurmaq və ya süni surətdə reytinq qazanmaq yolunu tutanlar ciddi şəkildə yanılırlar. Televiziyanı 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən konveyerə bənzətmək olar. Təbi ki, fasiləsiz iş prosesində, xüsusən də canlı efir zamanı bu və ya digər xırda səhvlərin olması qaçılmazdır. Əsas olan odur ki, səhvlər xarakter etibarilə ciddi olmasın. Qanun pozuntuları bilərəkdən və məqsədli şəkildə edilməsin, davamlı olaraq təkrar olunmasın, mümkün qədər bunların qarşısı tez alınsın. Televiziyada bütün bu məsələlər izlənməli, efirə cavabdeh insanlar daima buna nəzarət etməlidirlərr”. Q.Cəbiyev bildirib ki, bu və ya digər məsələlərlə bağlı mütəmadi olaraq televiziya nümayəndələri ilə görüşülür, onlara müəyyən müzakirələr aparılır. Onun sözlərinə görə, məsələlər ciddiləşəndə bunlar xüsusi müzakirə predmetinə çevrilə, onlarla bağlı qanun çərçivəsində müəyyən işlər görülə və ya müvafiq qərarlar verilə bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM