"Ötən zamanın kölgələri" - FOTOLAR

16:52 | 11.11.2014
"Ötən zamanın kölgələri" - FOTOLAR

"Ötən zamanın kölgələri" - FOTOLAR

Rüstəm Qasımov

Bu günlərdə "Art Villa" qalereyasında mövzu etibarilə qeyri-adi bir sərgi keçirildi - "Ötən zamanın kölgələri". Sərginin müəllifləri – məşhur fotorəssam Rüstəm Hüseynov və fotoqraf Tofiq Rəşidovdur. Tədbiri "ArtsCouncilAzerbaijan" təşkil edib.Qalereyaya gələrkən, bizi sərginin əsas səbəbkarları Rüstəm və Tofiq mehribanlıqla qarşıladılar. Sərginin açılışına kifayət qədər vaxtın qalmasını fürsət bilib, diqqətlə şəkilləri nəzərdən keçirməyə başladıq. Nə də olmasa ağ-qara fotolar özlərinə xas cazibəyə malikdirlər. Rəngli şəkillərin birincilik qazanmasına baxmayaraq, onların ağ-qara yoldaşlarının pərəstişkarları azalmayıb. Rənglərin yoxluğu fikri təsvir edilən obyektdə cəmləşdirməyə, onun energetikasını hiss etməyə imkan yaradır.Rüstəm Hüseynov və Tofiq Rəşidov hər bir qonağa münasibətdə diqqətli idilər. Onlar heç kəsi diqqətdən qoymur və sərgidə iştirak edənləri maraqlandıran bütün sualları cavablandırırdılar. Müəlliflər bu və ya digər fotonun harada çəkilməsi barədə danışırdılar, həmçinin sərgiyə çıxarılmış şəkillərin başqa maraqlı xüsusiyyətlərini açırdılar. Tədbirə kifayət qədər çox incəsənət həvəskarları baş çəkdi, onların arasında fotoqrafların dostları və tanışları da var idi, onlar öz həmkarlarına bu cür əhəmiyyətli və məsuliyyətli bir gündə dəstək olmağa gəlmişdilər.Sonra sərginin rəsmi açılışı oldu, məşhur Azərbaycan rəssamı, "Arts Council Azerbaijan"ın rəhbəri Dadaş Məmmədov açılış nitqi söylədi, həmçinin təntənənin səbəbkarları fotorəssam Rüstəm Hüseynov və fotoqraf Tofiq Rəşidov da öz yaradıcılıqlarından bəhs edərək seçdikləri mövzunun xüsusiyyətlərindən danışdılar. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM