"Toyota" avtomobil şirkəti bu gün yaydığı məlumatda Yaponiya və Avropada olan içərisində "Camry" modelinin də olduğu 361 min 800 avtomobili geri çağıracağını açıqlayıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, geri çağırılma 3 fərqli problem ucbatındandır. "Toyota"nın sözçüsü Kayo Doi bu ana qədər bu qüsurlar ucbatından hansısa qəzaya rast gəlmədiyini bildirib.Geri çağırılan avtomobillər arasında 2011-ci il mart və 2014-cü il avqust ayında istehsal olunan 170 min "Camry" modeli var.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !