"Trabzonspor" "Yuventus"la qarşılaşacaq

23:00 | 16.12.2013

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/16 və 1/8 final mərhələlərinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsində bütün komandaların rəqibləri məlum olub.

Reqlamentə əsasən, qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşacaqlar. Bu mərhələdə eyni ölkənin təmsilçiləri və eyni qrupda çıxış edən komandalar bir-biri ilə görüşməyəcək.

Avroliqanın 1/8 final mərhələsinə Çempionlar Liqasında qruplarda 3-cü yeri tutmuş 8 komanda da qatılacaq.

Qeyd edək ki, Avroliqanın 1/16 final mərhələsinin oyunları 20-27 fevral, 1/8 final görüşləri isə 3-10 aprel tarixlərində keçiriləcək.

1/16 final mərhələsinin cütlükləri:

"Dnepr" (Ukrayna) - "Tottenhem" (İngiltərə)

"Betis" (İspaniya) - "Rubin" (Rusiya)

"Suonsi" (İngiltərə) - "Napoli" (İtaliya)

"Yuventus" (İtaliya) - "Trabzonspor" (Türkiyə)

"Maribor" (Sloveniya) - "Sevilya" (İspaniya)

"Viktoriya" (Çexiya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"Çernomorets" (Ukrayna) - "Lion" (Fransa)

"Latsio" (İtaliya) - "Ludoqorets" (Bolqarıstan)

"Esbyerq" (Danimarka) - "Fiorentina" (İtaliya)

"Ayaks" (Hollandiya) - "Zalsburq" (Avstriya)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə)

"Porto" (Portuqaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

"Anji" (Rusiya) - "Genk" (Belçika)

"Dinamo" (Kiyev, Ukrayna) - "Valensiya" (İspaniya)

PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya)

"AZ Alkmaar" (Hollandiya) - "Slovan" (Çexiya)

1/8 final mərhələsinin cütlükləri:

"AZ Alkmaar" (Hollandiya) / "Slovan" (Çexiya) - "Anji" (Rusiya) / "Genk" (Belçika)

"Latsio" (İtaliya) / "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Kiyev, Ukrayna) / "Valensiya" (İspaniya)

"Porto" (Portuqaliya) / "Ayntraxt" (Frankfurt, Almaniya) - "Suonsi" (İngiltərə) / "Napoli" (İtaliya)

"Çernomorets" (Ukrayna) / "Lion" (Fransa) - Viktoriya" (Çexiya) / "Şaxtyor" (Donetsk, Ukrayna)

"Maribor" (Sloveniya) / "Sevilya" (İspaniya) - "Betis" (İspaniya) / "Rubin" (Rusiya)

"Dnepr" (Ukrayna) / "Tottenhem" (İngiltərə) - PAOK (Yunanıstan) / "Benfika" (Portuqaliya)

"Makkabi" (Təl-Əviv, İsrail) / "Bazel" (İsveçrə) - "Ayaks" (Hollandiya) / "Zalsburq" (Avstriya)

"Yuventus" (İtaliya) / "Trabzonspor" (Türkiyə) - "Esbyerq" (Danimarka) / "Fiorentina" (İtaliya)

Trend.az

Tərəfdaşların xəbərləri

REKLAM