"Türkiyə, sənə ehtiyacımız var" - "İndependent"

12:38 | 26.09.2014
"Türkiyə, sənə ehtiyacımız var" - "İndependent"

"Türkiyə, sənə ehtiyacımız var" - "İndependent"

İngiltərənin "İndependent" qəzetində İŞİD-ə qarşı hərbi hücumların başlanması ilə əlaqədar olaraq "Türkiyə, sənə ehtiyacımız var" sərlövhəli məqalə dərc olunub.

ANN.Az saytı BBC-yə istinadən xəbər verir ki, məqalə müəllifləri hesab edir ki, Türkiyənin bu əməliyyatlarda verəcəyi dəstək nəticəsində dünyanı təhdid edən İŞİD təhlükəsini daha tez zamanda məhv etmək mümkün olacaq.Məqalədə yazılır: "Əgər Türkiyə əməliyyatlara prezident Rəcəb Tayyip Ərdoğanın bəhs etdiyi siyasi və hərbi dəstək verərsə, cihatçı təşkilatı məhv etmək şansı böyük ölçüdə artar. Türkiyənin ABŞ-Ərəb Birliyinə qatılmaq istəməməsini anlamaq asandır, Türkiyə hökumətinin radikallara qarşı gizli simpaniyasının olmasını demək də böyük bir yanlışlıq olar. Suriyadalı daxili müharibə səbəbilə Əsəd hökumətinə duyduğu düşmənlik səbəbilə Ankara 2011-ci ildən bu yana rejimə qarşı çıxanlara yardım göstərdi. Türkiyəyə sığınan 1 milyondan çox suriyalı içərisində İŞİD-i dəstəkləyənlər də var. Bu səbəblə də Türkiyə daxilində fəaliyyətdə olan İŞİD  varlıqları dolaşır".Yazıda NATO-nun ikinci böyük ordusu olan türk ordusunun əməliyyatlara qatılacağı təqdirdə, hərbi tarazlığın böyük ölçüdə dəyişəcəyini, amma bunun nəticəsində Türkiyə daxilində İŞİD qanlı aktlar həyata keçirə biləcək. 49 diplomatın sərbəst buraxılmasından sonra Ərdoğanın əlinin daha sərbəst olduğunu yazan "İndependent" əlavə edir ki, Ankara kimi layiqli bir iqtidar heç vaxt terrorçu bir hakimiyyətlə qonşu olmaz istəməz: "Ona görə də hazırda ölkəsinin bu əməliyyatlardakı ağırlıq dərəcəsini bilməli və Türkiyəyə və bütün bölgəyə qarşı təhdid yağdıran İŞİD-ə qarşı mübarizədə öz töhfəsini verməlidir. Zaman artıq o zamandır".ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM