Təhsil naziri: " Keçən il imtahan zamanı 244 müəllim rayona getməkdən nimtina edib"Universitetlər iki yerə bölünəcək. ANS PRESS-in verdiyi xəbərə görə Azərbaycan Müəllimlərinin XIV Qrultarında təhsil naziri Mikayıl Cabbarov bu barədə danışıb. Onun sözlərinə görə gələcəkdə Universitetlər Milli Statuslu və Adi Universitetlərə bölünəcək:"Milli Statuslu Universitetlərdə keçid balı sitemi tətbiq olunacaq. Keçid balını toplaya bilməyənlər bu universitetlərə daxil ola bilməyəcələr. Növbəti ildən universitetlərdə yeni qruplar yaradılacaq və istedadlı gənclər ora cəlb olunacaq".Təhsil naziri universitetlərin genişləndirilməsi prossesinin həyata keçirilməsinin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.Mikayıl Cabbarov müəllimlərin dərs yükünün az olduğunu da söyəyib. Onun sözlərinə görə, müəllimlərin dərs yükü 12 saatdan 18 saata çatdırılmalıdır. Müəllim - şagird nisbəti 2 dəfə artırılmalıdır.Müəllimlərin əmək haqqı məsələsinə toxunan nazir həmçinin vurğulayıb ki, müəllimlərin əmək haqqı, o cümlədən, rayonlara göndərilən müəllimlərin də əmək haqının aşağıdır. Keçən il imtahan zamanı 244 müəllim rayona getməkdən nimtina edib.ANN.Az