Çövkən oyununun UNESCO-nun irs siyahısına salınması haqqında sertifikat Azərbaycan tərəfinə təqdim olunub.Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 19-da "Çövkən - qədim atüstü Qarabağ oyunu"nun UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında sertifikat UNESCO tərəfindən nazirliyə təqdim olunub.Qeyd edək ki, cari ilin 2-7 dekabr tarixində Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyasında "Çövkən - qədim atüstü Qarabağ oyunu"nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısına daxil edilməsi haqqında qərar qəbul edilmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !