"Çövkən"in sertifikatı Azərbaycana təqdim olundu

23:06 | 19.12.2013
"Çövkən"in sertifikatı Azərbaycana təqdim olundu

"Çövkən"in sertifikatı Azərbaycana təqdim olundu

Çövkən oyununun UNESCO-nun irs siyahısına salınması haqqında sertifikat Azərbaycan tərəfinə təqdim olunub.Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 19-da "Çövkən - qədim atüstü Qarabağ oyunu"nun UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında sertifikat UNESCO tərəfindən nazirliyə təqdim olunub.Qeyd edək ki, cari ilin 2-7 dekabr tarixində Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyasında "Çövkən - qədim atüstü Qarabağ oyunu"nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısına daxil edilməsi haqqında qərar qəbul edilmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb