"Vkontakte"nin yaradıcısı Avropa İttifaqını tənqid etdi

13:10 | 26.11.2014
"Vkontakte"nin yaradıcısı Avropa İttifaqını tənqid etdi

"Vkontakte"nin yaradıcısı Avropa İttifaqını tənqid etdi

"Vkontakte " sosial şəbəkəsinin yaradıcısı və "Telegram"ın meneceri Pavel Durov Avropa İttifaqının siyasətini tənqid edib. O, öz "Tvitter" hesabından bu qurumun digital məhsullarla bağlı əlavə dəyər vergisinin yeni hesablanma qaydasını bəyənmədiyini deyib, dəyişikliyi kəskin tənqid edib.

ANN.Az xəbər verir ki, P.Durov bildirib: "Avropa İttifaqı növbəti ildə ƏDV-nin yeni hesablanma qaydası ilə digital bazarı tamamilə öldürəcək. Nəyə görə ABŞ-dan nümünə götürülmədi ki?"Xatırladaq ki, 1 yanvar 2015-ci il tarixdən başlayaraq Avropada ƏDV digital məhsulların satıldığı ölkə ilə deyil, alıcıların olduğu ölkə ilə hesablanacaq. Yeni qayda yalnız digital məhsullara tətbiq ediləcək. Digital bazara musiqi, film, komputer oyunları, elektron kurslar və s aid edilir. Ekspertlərin fikrincə, bu qayda digital bazarın Avropa İttiqında təşviqini aparan kampaniyalara böyük zərbə vuracaq.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM