"WhatsApp" çökdü

12:00 | 23.02.2014
"WhatsApp" çökdü

"WhatsApp" çökdü

Məşhur mobil mesajlaşma tətbiqi olan "WhatsApp"-da problem yaşanıb.

ANS PRESS-in xəbərinə görə, "Facebook"un bir neçə gün əvvəl 19 milyard dollara satın aldığı mesajlaşma tətbiqi "WhatsApp" çöküb. 

Belə ki, uzun bir müddətdir istifadəçilər "WhatsApp"a girə bilmirlər. İstifadəçilərin bir-birilə ünsiyyət qura bilməməsi onlarda narahatçılıq və narazılıq doğurub.

"WhatsApp"-ın serverlərində aparılan iş səbəbiylə bütün dünyada proqrama girişin bağlı olduğu bildirilib və problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı dəqiq bir məlumat yoxdur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM