"Yeni Müsavat" qəzetinin müxbiri qəzaya düşdü

22:38 | 21.01.2014
"Yeni Müsavat" qəzetinin müxbiri qəzaya düşdü

"Yeni Müsavat" qəzetinin müxbiri qəzaya düşdü

İsmayıllı rayonunda baş verən avtoqəza nəticəsində T. Yaqublunun xanımı və Müsavat fəalı yaralanıbTofiq Yaqublunun məhkəməsindən dönən ailə üzvləri və vəkili avtomobil qəzası keçiriblər. Bu barədə musavat.com-a T. Yaqublunun qızı və “Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Yaqublu məlumat verib. N. Yaqublu özü də qəza keçirib və yüngül yaralanıb. Hazırda vəziyyəti yaxşıdır. T. Yaqublunun xanımı Maya Yaqublu və müsavat fəalı, maşının sürücüsü Çingiz Əli yara aldıqları üçün xəstəxanaya aparılıb. T. Yaqublunun vəkili Xaliq Bağırov da qəza nəticəsində yüngül zədə alıb, lakin vəkil musavat.com-a deyib ki, heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Hadisə İsmayıllı rayonunun Xənəgə kəndinin ərazisində baş verib. Vəkil Xaliq Bağırov musavat.com-a deyib ki, sıx duman olması səbəbindən maşın yoldan çıxıb və dərəyə yuvarlanıb. Hadisə yerinə polis və təcili yardım maşınları gəlib.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb