"Yeni rəis təyinatı Zakir Həsənovun ən uğurlu təyinatlarındandır”

11:05 | 06.01.2014
"Yeni rəis təyinatı Zakir Həsənovun ən uğurlu təyinatlarındandır”

"Yeni rəis təyinatı Zakir Həsənovun ən uğurlu təyinatlarındandır”

“Polkovnik-leytenant Vaqif Dərgahlının Müdafiə Nazirliyində mətbuat xidmətinin yeni rəisi təyin olunması müdafiə naziri general-polkovnik Zakir Həsənovun ən uğurlu təyinatlarından biridir”.

ANN.Az-ın məlumatına görə, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Müdafiə Nazirliyində gerçəkləşən yeni təyinata münasibət bildirərkən "facebook" səhifəsində qeyd edib. O bu təyinata ürəkdən sevindiyini söyləyib:

”Biz onunla xeyli müddət Müdafiə Nazirliyinin mətbuat xidmətində bərabər çalışmışıq. Bu təyinatı eşidəndə ürəkdən sevindim. Hörmətli Vaqif dostumuz mənim təhsil aldığım Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi-siyası jurnalistika fakültəsini bitirən 10 nəfər Azərbaycanlı zabitlərdən biridir. Biz onunla xeyli müddət MN-nin Mətbuat Xidmətində bərabər çalışmışıq. Bu təyinatı eşitdikdən sonra ürəkdən sevindim" .

"İxtisasca hərbi jurnalist olan polkovnik-leytenant Vaqif Dərgahlıya uğurlar arzulayıram. İnanmaq istərdim ki, Vaqif müəllim tez bir zamanda cəmiyyət ilə Müdafiə Nazirliyi arasında isti münasibətlərin yaranmasına nail olacaq. Öz tərəfimizdən isə ona istənilən dəstəyi verməyə çalışacağıq" - deyə Üzeyir Cəfərov bildirib.

Xatırladaq ki, Müdafiə Naziriyinin mətbuat xidmətinə rəhbərlik edən polkovnik-leytenant Eldar Sabiroğlu bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılıb. Hərbi ekspert həmçinin bir yerdə oxuduqları vaxtda çəkilmiş fotonu da "facebook" hesabında paylaşıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM