"YouTube"dan ŞOK YENİLİK

18:26 | 01.11.2014
"YouTube"dan ŞOK YENİLİK

"YouTube"dan ŞOK YENİLİK

Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan "YouTube"də dəyişiklik olacaq.

Aktual.az türk mediasına istinadən xəbər verir ki, "Google"nin idarəçilərindən Susan Vojcickiyenin dediyinə görə, şirkətin sahib olduğu "YouTube"  pullu abunəlik sisteminə keçə bilər. Buna sitemə isə "Google"də uzun illər reklam meneceri sahəsində çalışan, veteran idarəçi Susan Vojcicki liderlik edəcək. Bu ilin başında "YouTube" keçən Vojcicki video səhifəsində daha çox gəlir və mənfəət əldə etmək üçün fərqli üsulları araşdırırdı."Google" "YouTube"ni 2006-cı ildə 1,65 milyard dollara satın almışdı. Bazar ertəsi Kaliforniyada təşkil edilən Code Mobile konfransında danışan Vojcicki bildirib ki, bundan sonra reklamlardan təmizlənmiş ödənişi "YouTube" versiyası istifadəçilərə daha çox seçim verəcək. Vojcicki bu versiyaya mobil telefonlarla giriş əvvəlkindən fərqli olaraq daha uyğun və asan olacaq: "Bu olduqca maraqlı bir modeldir. Çünki bu model istifadəçilərə yeni variantlar təqdim edir. İstifadəçilərə daha hansı variantlar təqdim edə biləcəyimiz üzərində düşünürük".O həmçinin bildirib ki, bundan sonra istifadəçilər də sosial şəbəkədə ödənişi reklam tətbiq etmək imkanları qazanacaqlar. Ancaq bu da ödənişli abunəçilərə şamil olunacaq: “Fərdi kanallara abunə imkanı gətirdik . Bizim üçün məntiqli ola biləcək digər yollar üzərində də düşünürük. Zaman içərisində mediadakı vəziyyətə baxsanız, çoxunun reklam təqdim etməsini və bundan başqa abunə xidmətlərinin olduğunu görərsiniz”.""YouTube" bu vaxta qədər musiqi xidmətini həyata keçirmədi,ancaq bu xidmət də yaxında ola bilər”, - deyə o bildirib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM