Qurban bayramı günü Bakıda külli miqdarda istifadəyə yararsız ət aşkarlandı - FOTO

19:49 | 13.08.2019
Qurban bayramı günü Bakıda külli miqdarda istifadəyə yararsız ət aşkarlandı - FOTO

Qurban bayramı günü Bakıda külli miqdarda istifadəyə yararsız ət aşkarlandı - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə keçirilən monitorinq zamanı Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən heyvan kəsimi müəssisəsində 851 kq baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəkildə saxlanılan, istifadəyə yararsız ət aşkar olunub.
AQTA-dan Anews.az-a bildirilib ki, müəssisənin heyvan kəsimi və soyuducu sahəsinə baxış zamanı 851 kq heyvan cəmdəyində şübhə doğuran əlamətlər müəyyən edilib. Müəssisədə heyvan kəsimi dayandırılıb və ət satışına məhdudiyyət qoyulub.

Heyvan cəmdəyindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb