Qurban bayramında qeyri-iş günlərinin sayı artırıldı

23:20 | 11.08.2017
Qurban bayramında qeyri-iş günlərinin sayı artırıldı

Qurban bayramında qeyri-iş günlərinin sayı artırıldı

Bazar ertəsi də qeyri-iş günü olacaq

1-2 sentyabr tarixlərində müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Ayın 2-si şənbə gününə təsadüf etdiyindən, Azərbaycanda sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq. Beləcə, Azərbaycan vətəndaşları ardıcıl olaraq 4 gün istirahət edə biləcəklər.

Türkiyədə isə Qurban bayramı tətilinin 10 gün uzadılması planlaşdırılır.

İstiPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı açıqlamasında bayram tətilinin uzadılmasının turizm üçün faydalı olacağını bildirib.

"Əgər vəziyyət imkan versə, bu, turizm baxımından da faydalı olacaq. Antalya bu gündən başlayaraq 80% dolub. Gələn həftənin 2-ci günü Nazirlər Kabinetində iclasımız var. Hökumət 10 gün məsələsini proqrama salıb. Məsələyə baxacağıq. Düşünürəm ki, Qurban bayramı tətilinin 10 gün olması xeyirli addım olardı" — deyə Ərdoğan bildirib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM