Qurban bayramında iki partlayış

09:30 | 05.10.2014
Qurban bayramında iki partlayış

Qurban bayramında iki partlayış

Pakistanda qurban bayramı ərəfəsində iki yerdə partlayış törədilib. Ketta şəhərində kamikadze bazar meydanında özünü partladıb. Partlayış nəticəsində 5 nəfər ölüb, azı 20 nəfər yaralanıb. Ölənlər və yaralılar arasında qadın və azyaşlı uşaqlar da olub.Daha bir partlayış ölkənin şimal-qərb hissəsində qeydə alınıb. Məlumata görə, avtobus dayanacağı yaxınlığında partlayıcının işə düşməsi nəticəsində daha 5 nəfər ölüb, 3 nəfər yaralanıb.Ölkə polisi hər iki faktla bağlı istintaq arşadırması başladıb. Partlayışlara görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Polis hər iki hücumun əl-Qaidə terror qruplaşması tərəfindən törədildiyini ehtimal edir.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM