UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medina 2-3 həftə oynamayacaq. Bunu komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə cümə axşamı hava limanında verdiyi açıqlamada bildirib.
"Medinanın zədəsi ciddiyə oxşayır.Müayinə olunduqdan sonra dəqiq diaqnozu biləcəyik.Bəlkə də 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq ", - Qurban Qurbanov söyləyib.
Kevin Medina "Sürix" komandası ilə 2:2 hesabı ilə başa çatmış matçın 43-cü dəqiqəsində zədələnib.
Qurban Qurbanov 29 yaşlı kolumbiyalı müdafiəçini böyük ehtimalla Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin ilk oyunu buraxacağını da vurğulayıb.
Baş hakim "Allard Lindhautun" qərarlarından razı olmadığınız görünürdü bu haqda nə deyə bilərsiniz sualına cavabında isə Qurbanov söylədi ki, "Sürix" komandasına evdə oynadığı üçün açıq simpatiya var idi.
"Ola bilər ki karyeram ərzində referiyə ən çox etiraz etdiyim oyun oldu. Bəlkə də kənardan o qədər görünmürdü. Yalnız bəzi epizodlarda fitlər verilirdi. Bunun səbəbini bilmirdik."Sürix" komandasının evdə oynadığından onlara qarşı simpatiya ola bilərdi bilmək olmaz", - məşqçi vurğulayıb.
Qurbanov ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la (Macarıstan) matç öncəsi itkilərlə barədə də fikir bidirib.
"Buna da hazır olmalıyıq. Bütün matçlara optimal heyət və forma ilə çıxa bilmərik. Qarşıdakı günlərdə rəqibi tam tanıyandan sonra hansı addımları ata biləcəyimizi nəzərdən keçirəcəyik.Heyətimizdəki digər oyunçularada çox güvənirik", - o, əlavə edib.
Fərid Məmmədli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !