Qurban Qurbanov "avtoş"luq edən Arazı cəzalandırdı

17:00 | 19.10.2019
Qurban Qurbanov

Qurban Qurbanov "avtoş"luq edən Arazı cəzalandırdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Araz Abdullayevi cəzalandırıb.

AZXEBER.COM-un məlumata görə, buna səbəb futbolçunun şəxsi avtomobili ilə "avtoş"luq etməsidir.

Araz 2 gün öncə həmin görüntüləri şəxsi "İnstagram"da hesabında paylaşıb ki, bu da ciddi narazılıqla qarşılanıb.

Nizam-intizam qaydalarına ciddi yanaşan Qurbanov bu hərəkətini Abdullayevə bağışlamayıb. Təsadüfi deyil ki, yarımmüdafiəçinin adı bu gün "Qəbələ" ilə keçirilən görüşün iştirak ərizəsinə salınmayıb. Arazın heyətə daxil edilməməsi zədə ilə əlaqəli deyil.

Bunu klubdan Sportinfo.az saytına verilən açıqlamada da təsdiq ediblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM