Qurban Qurbanov oğlunun oyunundan danışdı

16:13 | 16.06.2019
Qurban Qurbanov oğlunun oyunundan danışdı

Qurban Qurbanov oğlunun oyunundan danışdı

"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oğlu Musanın oyunu barədə fikirlərini açıqlayıb.
Məşqçi "Report”a müsahibəsində "Səbail” ilə yoxlama matçında M.Qurbanovun sərgilədiyi oyuna toxunub. 

"Musa ilə yanaşı, gənc futbolçularımızın əsas heyət oyunçularımızla bir yerdə olmalarını istədik. Əlbəttə ki, hələ üzərilərində çox işləməlidirlər. Onlardan biri də Musadır. Hansı cəhətləri xoşuma gəldi, hansılar yox - təkcə mənim üçün yox, hər bir baş məşqçi üçün bunu demək düzgün olmaz”, - deyə o vurğulayıb.
Qeyd edək ki, həmin oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM