Qurban Qurbanovdan qələbə şərhi

23:45 | 19.08.2021
Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində "Aberdin”ə qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransı keçirilib.
"Qafqazinfo” xəbər verir ki, Qurbanov, 1:0 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:
"Futbolçularımı təbrik etmək istəyirəm. Dünən də demişdim ki, çalışacağıq ki, azarkeşlər oyundan razı qalsın. Oyun ərzində çalışdıq ki, oyunu rəqibin meydanında quraq. Oyuna hazırlaşmışdıq. Əvvəldən düşündüyümüz hücumları edə bildik. Hələ cavab oyunu qalır. Yaxşı komandaya qarşı daha yaxşı oynamalı, daha çox güc sərf etməliyik. İnanıram ki, bacaracağıq. Azarkeşlərimizə təşəkkür etməmək olmaz”.

- Komandanın oyunundan razı qaldığınızı dediz. Ancaq sanki kənarda narazı idiz…
- Narazı deyildim, sadəcə, daha aqressiv idim. Bu oyunda futbolçuların səbrli olması vacib idi. Sarı vərəqələrin olması normaldır.
- Meydança amili hansı komandaya daha çox mane oldu?
- Demək çətindir. Rəqibin fiziki cəhətləri güclüdür. Daha çox uzun toplarla oynayırlar. Hər iki komandaya maneçilik oldu. Meydança yaxşı olsaydı, oyun daha maraqlı alınardı. Biz qalib gəlmişik. Çalışacağıq ki, cavab matçında düzgün hazırlaşaq.
- Qrup mərhələsinə vəsiqə qazansaz, stadion məsələsi ilə bağlı planlarınız var?
- Hər il bu vaxtlar meydança yaxşı olur. Get-gedə düzələcək. Hər şeyi gələcək göstərəcək. Problem olsa, dəyişiklik üzərində düşünəcəyik.
- Yeni hücumçunun gəlişi Ramil Şeydayevə necə təsir edəcək?
- Yaxşı olacaq. Komandada rəqabət artacaq. Qrafikimiz ağırdır. Yaxşı futbolçulara ehtiyacımız var. Rəqabətin olması, performansımızı daha yaxşılaşdıracaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM