Mediada "Legiya”nın futbolçusu Mahir Emrelinin "Qarabağ”a keçəcəyi ilə bağlı informasiya yayılıb. Xəbərdə "köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovla millimizin üzvünün klubun bazasında görüşdüyü bildirilir. Həmin məlumatda şəxslər arasında söhbətdə futbolçunun yenidən "Qarabağ”a icarə əsasında keçməsinin müzakirə olunduğu ehtimalı olduğu qeyd olunub.
"Qafqazinfo” "Futbol+”a istinadən xəbər verir ki, məsələ ilə bağlı Mahir Emreli "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşdüklərini təsdiqləyib:
"Mənim Qurban müəllimə böyük hörmətim var. Hər dəfə Azərbaycan gəlməyə imkan tapanda hocamla görüşürəm. Milli komandaya görə ölkəyə səfər edəndə də görüşümüz olmuşdu. Sizə müsahibəmdə də bildirmişdim ki, zaman-zaman Qurban müəllimlə telelefon danışıqlarımız olur. Bu gün kanalların birində çəkilişdə olmuşam. Bitəndən sonra zəng vurdum. Qurban müəllimin bazada olub-olmadığını öyrəndim. Getdim, görüşdüm, çay içdik. Vəssalam! Karyeramla bağlı söhbətimiz oldu. Hal-əhval tutduq. Qurban müəllimlə görüşümüz sadəcə, ziyarət məqsədli idi. Bu, işgüzar söhbət deyildi”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !