Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ANS PRESS-ə bu gün Şamaxı və İsmayıllıda baş verən zəlzələlər barədə açıqlama verərkən bildirib. Onun sözlərinə görə, yalnız ərazidə köhnə tikililər xəsarət ala bilər.
Azərbaycanlı alimin sözlərinə görə, həmin ərazilərdə yeraltı təkanlar davam edir və bundan sonra da davam edəcək: "Zəlzələnin gücü 12 ballıq cədvəllə 5 bal gücündə hesablanır. Yeraltı təkanlar 13 km. dərinlikdə qeydə olub. Bu çox dərin deyil. Təkanlardan sonra çoxsaylı afterşoklar olacaq. Afterşoklar 4 və 6 km. dərinlikdə qeydə alınır. Bu səbəbdən də əhali tərəfindən hiss olunur”.
Qurban Yetirmişli qeydə alınan zəlzələlərin Bakı üçün təhlükəsiz olduğunu qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ qeydə alınıb. Birinci yeraltı təkanlar 14:32-də Şamaxı ərazisində Şamaxı-İsmayıllı sərhəddində qeydə alınıb. İkinci təkanlar 15:06-da İsmayıllı rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanlar 5 bal gücündə olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !