Qurbanlıq heyvanların satışı təşkil ediləcək

18:25 | 22.09.2014
Qurbanlıq heyvanların satışı təşkil ediləcək

Qurbanlıq heyvanların satışı təşkil ediləcək

Bakıda Qurban Bayramı ilə əlaqədar ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.ANN.Az İqtisadiyyat və sənaye nazirliyinə istinadən xəbər verir ki, məqsəd əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.Satış İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil olunacaq.Satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM