Çində H7N9 quş qripinin yayılması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir.APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Çinin səhiyyə orqanlarının məlumatına əsasən, ilin əvvəlindən 96 nəfər virusa yoluxub, 19 nəfər dünyasını dəyişib. Həkimlər virusun insandan insana keçməsini istisna etmirlər. Çinin bir sıra ərazilərində diri quşların satılmasına qadağa qoyulub. Ölkənin şərqində yerləşən Çjetsyan əyalətində 49 nəfər xəstələnib, 12 yerli sakin ölüb. Quş fabrikləri, parklar, köçəri quşların miqrasiya məskənləri xüsusi nəzarətə götürülüb. Şanxayda quş bazarları bağlanıb. Burada ilin əvvəlindən 8 nəfər quş qripinə yoluxub, onlardan 4-ü ölüb. Quandun əyalətində yanvar ayında 26 nəfər xəstələnib, 4 nəfər həyatını itirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !