Bakı-Quba-Rusiya Federasiyası magistral yolunun hissəsi olan Qusar-Xudat avtomobil yolunda yenidənqurma işləri davam etdirilir.
anews.az "Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, təmir-bərpa işləri zamanı yolun 10.7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib. Genişləndirilmiş hərəkət hissə yol boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə gətirib çıxarır.
Aparılan işlər çərçivəsində yolun köhnə asfat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, genişləndirilmiş və zəruri olan digər hissələrə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.
Hazırda yol boyu asfaltlanma işləri görülür. Artıq yolun 9 km-lik hissəsində asfaltlanma işləri tam olaraq yekunlaşdırılıb. Ümumilikdə yola 2 qat və 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir.
Asfaltlanma işlərinə paralel olaraq zəruri olan yerlərə səki daşları düzülür. Piyada səkilərinin və yol kənarına ümumilikdə 7 min p/metr səki daşı düzüləcək. Yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 41 min m2 yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-nə çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 13.7 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun 2-2.5 m enində çiyinlər də daxil ümumi eni 11-12 m təşkil edir.
Qeyd edək ki, 1967-1968-ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, yol boyu yerləşən yaşayış məntəqələrinin on minlərlə sakininin gediş-gəlişini rahatlaşdıracaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !