Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Qusar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğın nəticəsində altı hektar sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !