Qusarda qoyun oğruları saxlanılıb

21:30 | 20.07.2019
Qusarda qoyun oğruları saxlanılıb

Qusarda qoyun oğruları saxlanılıb

Qusar rayonunda qoyun oğurlayan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, Qusar rayonu Gədəzeyxur kənd sakinləri B. Seyidov və İ. Hacəliyev Rayon Polis Şöbəsinə müraciət edərək onlara məxsus 8 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri, 37 yaşlı Famil Kəlbəliyev, əvvəllər məhkum olunmuşlar 55 yaşlı Allahverdi Nəzərov və 45 yaşlı Mahir Nəcəfov saxlanılaraq polis şöbəsinə gətiriliblər. Dindirilmə zamanı hər üç şəxs törətdikləri oğurluq hadisələrini etiraf ediblər.

Faktlarla əlaqədar Qusar RPŞ-nin Tədqiqat Bölməsində araşdırmalar aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb