Qusar rayonunda üçəm doğulub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayon sakini Şəhla Əmirəliyeva doğuşla əlaqədar Qusar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Vaxtında əvvəl doğulan körpələrə müvafiq tibbi yardım göstərilməsi üçün Quba Regional Perinatal Mərkəzinin əməkdaşları gecə saatlarında Qusara ezam olunub. Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova APA-ya bildirib ki, uşaqlar dünyaya gələndən sonra mərkəzə gətirilib.
Körpələrdən 2-si qız, biri oğlandır.
Hazırda ananın və övladlarının vəziyyəti yaxşıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !