Quterreş İrana başsağlığı verib

20:34 | 20.05.2024
Quterreş İrana başsağlığı verib

Quterreş İrana başsağlığı verib

BMT-nin Baş katibi Antonio Quterreş İran İslam Respublikasına başsağlığı verib.

Baş katib helikopter qəzasında insan itkisindən dərin kədərləndiyini bildirib.

"İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onların həmkarları mayın 19-da helikopter qəzasında həlak olublar. Mərhumların ailələrinə, İran İslam Respublikası hökumətinə və xalqına səmimi başsağlığı verirəm”, - Quterreş qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM