“Qvardiola məşqçi kimi fenomendir, insan kimi isə...” - İbrahimoviç

17:42 | 20.10.2019
“Qvardiola məşqçi kimi fenomendir, insan kimi isə...” - İbrahimoviç

“Qvardiola məşqçi kimi fenomendir, insan kimi isə...” - İbrahimoviç

Hazırda "Los-Anceles Qeleksi"də oynayan Zlatan İbrahimoviç növbəti dəfə Xosep Qvardiola barədə fikirlərini açıqlayıb.

Anews.az  Qol.az-a istinadən xəbər verir ki, "La Gazzetta dello Sport" müsahibəsində o deyib: "Mənim heç vaxt Qvardiola ilə münaqişəm olmayıb. Problemi o yaradırdı. Biz üz-üzə gələndə o gözləyirdi ki, mən keçib gedəcəyəm. Amma sonra özü paltardəyişmə otağından çıxırdı. O, məşqçi kimi fenomendir, insan kimi isə..."

İbrahimoviç 2009/10-cu ildə Qvardiolanın rəhbərliyi altında "Barselona"da çıxış edib. Sonralar o bir neçə dəfə bildirib ki, Pep onun imkanlarından doğru istifadə etməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM