"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində məğlub olduqları "Real" (Madrid) klubu ilə matçı şərh edib.
Qol.Az-ın məlumatına görə, "sport.es"ə danışan ispaniyalı mütəxəssis məğlubiyyətdə günahkarın özü olduğunu bildirib:
"Arsenal" və "Mançester Yunayted" qarşı oynadığı üslub bu matçda alınmadı. Məsuliyyəti öz üzərimə götürürəm, səhv etdim. İstədiyimiz nəticəni əldə etmək bizə qismət olmadı. Məğlub olduğumuz üçün çox üzülürəm. "Real"ı təbrik edirəm". Ancaq "Bavariya"dan getmək fikrim yoxdur və günahımı yumaq arzusundayam. Azarkeşlərimizin hər zaman xoşbəxt olması üçün biz daim qələbə qazanmalıyıq".
Qeyd edək ki, öz meydanında "Real"a 0:4 hesabı ilə uduzan "Bavariya" turnirdə mübarizəni dayandırıb.
ANN.Az