"Çox çətin bir oyun oldu. Məğlub olsaq da, qarşıda hələ cavab görüşü var. Rəqib yanlış ötürmə verməyi belə bağışlamır. "Real" çox sürətli oyun nümayiş etdirdi. Komandamla qürur duyuram, çünki yaxşı futbol oynadılar. "Real"dan daha güclü rəqib yoxdur. Tək əksikimiz qol vurmamağımız oldu".
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"la oyundan (0:1) sonra deyib.
Finala yüksəlmək şanslarını da dəyərləndirən təcrübəli mütəxəssis bildirib ki, öz meydanlarında 2-3 qol vuraraq "Real" səddini aşmaq istəyirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !