"BAVARİYA"DAN GEDƏ BİLƏRƏM""Bavariya"nın baş məşqçisi Pep Qvardiola komandanın oyun üslubunu tənqid edən klubun fəxri prezidenti Frans Bekkenbauerə cavab verib.Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəsmisi Münhen təmsilçinin qələbə qazanmasına baxmayaraq, çox darıxdırıcı oyun nümayiş etdirdiyini bildirmişdi.Qvardiola isə deyib ki, əgər rəhbərlik onun oyun üslubunu bəyənmirsə, mövsümün sonunda "Bavariya"dan ayrılmağa razıdır:"Tənqidləri qəbul edirəm. Ancaq oyun üslubumu dəyişmərəm. Burada əlimdən gələni etməyə çalışıram. Klub rəhbərliyi işimdən məmnun deyilsə, mövsümü sonunda qarşılıqlı razılaşma iləyolları ayıra bilərik".ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !