Qız nişanlısını spirtli içkiyə görə bıçaqladı

16:50 | 13.02.2014
Qız nişanlısını spirtli içkiyə görə bıçaqladı

Qız nişanlısını spirtli içkiyə görə bıçaqladı

Amerikalı bir nəfər nişanlısı tərəfindən  bıçaqlanıb. Sən demə, o, qadını mağazaya spirtli içki almağa aparmadığı üçün qəzəbə tuş gəlib. 
ANN.Az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, spirtli içkiyə görə ailə mübahisəsi Florida ştatındakı Fort-Pirs şəhərində baş verib. Qarnından bıçaq zərbəsi alan Sedrik Henri xəstəxanaya çatdırılıb. Onun nişanlısına isə bədənə ağır xəsarət yeritmək maddəsiylə cinayət işi açılıb. 
Melissa Bop adlı qadın Henrini körpə uşağının gözləri qarşısında bıçaqlayıb. Zərərçəkmişin nənəsi bildirib ki, cütlük bir həftədən sonra evlənməli idi. 
Yanvar ayında Floridada buna bənzər hadisə baş vermişdi. Bir qadın yataqda onu qucaqlamaqdan imtina edən sevgilisini döymüşdü. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti