Qız onu qucaqlamayan sevgilisini döydü - QALMAQAL

12:09 | 03.02.2014
Qız onu qucaqlamayan sevgilisini döydü - QALMAQAL

Qız onu qucaqlamayan sevgilisini döydü - QALMAQAL

Florida sakini onu yataqda qucaqlamayan boyfrendini döyüb. 

ANN.Az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, Şavon Ramf adlı qız sevgilisini döyməklə kifayətlənməyib, onun paltarını cırıb, bıçaqla hədələyib. Onu qucaqlamaqdan imtina edən sevgilisinə qızın nəyə görə bu qədər aqressiv davrandığı məlum deyil. 

31 yaşlı qızın etdiyi hərəkətə görə, məhkəmə qarşısında dayanacağı gözlənilirdi, ancaq prokuror naməlum səbəbdən ona hansısa ittihamın irəli sürülməsini rədd edib. 

Bir müddət əvvəl də Amerikanın Viskonsin şəhərində buna bənzər hadisə baş vermişdi. Bir qadın "Makdonalds"ın menyusunun dəyişməsindən təəssüflənən sevgilisini döymüşdü, nəticədə də böyük bir qalmaqal yaranmışdı. Qız həbs olunmuş və haqqında xuliqanlıq maddəsiylə cinayət işi açılmışdı. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM