Qızıl Xaç Komitəsindən azərbaycanlı girovlarla bağlı yeni Açıqlama

11:08 | 17.04.2015
Qızıl Xaç Komitəsindən azərbaycanlı girovlarla bağlı yeni Açıqlama

Qızıl Xaç Komitəsindən azərbaycanlı girovlarla bağlı yeni Açıqlama

2014-cü il iyulun 11-də ermənilərin girov götürdüyü Şahbaz Quliyev və Dilqəm Əsgərovun geri qaytarılması üçün aparılan danışıqlar hələ ki səmərəsiz qalıb. Girovlar Beynəlxaq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin təqdim etdikləri məktublarda hər nə qədər yaxşı olduqlarını yazsalar da, ailə üzvləri çox nigarandır.

Belə olan təqdirdə ailələrin nisbətən sakitləşməsi və girov götürülən Şahbaz və Dilqəmin səhhətlər ilə bağlı ciddi narahatlığın olunması üçün Azərbaycan tərəfindən həkim mütəxəssisin BQXK-nın vasitəçiliyi ilə Dağlıq Qarabağda saxlanılan girovlara baş çəkməsi beynəlxalq normalar çərçivəsində mümkündürmü?

Bununla bağlı Modern.az saytına açıqlama verən Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, silahlı münaqişə zonasında saxlanılan şəxslərə baş çəkmək komitənin mandatına daxildır:

"Bu səbəbdən həmin şəxslərə baş çəkmək icazəsi ayrı-ayrı şəxslərə deyil, məhz komitəyə verilib”.

O qeyd edib ki, yalnız komitənin işçi statusu olduğuna görə ayrıca bir şəxsə və ya onun müraciətinə ehtiyac yoxdur:

"Hansı nümayəndəliyi təmsil etməsindən asılı olmayaraq komitənin isətənilən mütəxəssisinin saxlanılan şəxslərə baş çəkmək hüququ var”.

"Azərbaycan tərəfindən həkim, mütəxəssisin, yaxud girovların ailə üzvlərindən birinin razılaşma əsasında girovlara baş çəkməsi mümkündürmü” sualına cavab olaraq İlahə Hüseynova deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi olaraq münaqişə tərəfləri arasında vasitəçilik edir:

"Komitə müraciəti  bir tərəfdən alıb digər tərəfə ötürmək səlahiyətinə malikdir. Yəni belə bir müraciət olarsa, biz qarşı tərəfə təqdim etməyə hazırıq. Beynəlxalq Qızıl Xaç Komitəsinin vəzifəsi neytral vasitəçi olaraq məlumatı digər tərəfə ötürməkdən ibarətdir. Həmin müraciətin qəbul olunub-olunmayacağı isə tərəflər arasındakı razılşamadan asılıdır. Komitə sırf vasitçəi ola bilər”.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şaplar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun nəşi danışıqlardan sonra həmin oktyabr ayının 2-də Azərbaycana qaytarılıb və dəfn olunub.

Girovluqda olan iki azərbaycanlıya qarşı cinayət işi açılıb. Separatçı rejimin "birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə "prokuror” Karen Qabrielyanın tələbinə əsasən, Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM