Qızlar İŞİD-in əlinə düşməməsi üçün kütləvi intihar edirlər

13:52 | 17.02.2015
Qızlar İŞİD-in əlinə düşməməsi üçün kütləvi intihar edirlər

Qızlar İŞİD-in əlinə düşməməsi üçün kütləvi intihar edirlər

İŞİD zülmündən qaçan qadınlar kütləvi intihar ediblər.

ANN.Az Türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin keçmiş deputatl Feleknas Uca məlumat verib. Onun sözlərinə görə, terroristlərin İraqın Sincar vilayətinə basqını zamanı onlarla qadın və gənc qız İŞİD-in əlinə düşməmək və namuslarını qorumaq üçün dağdan atılaraq intihar ediblər. Hətta bir nəfər kişin övladlarını qorumaq məqsədilə əvvəl 2 qızını, daha sonra isə özünü öldürüb.

Keçmiş deputat türk jurnalistlərinə açıqlamasında bildirib ki, indiyə qədər 7 minə qədər qadın və gənc qız itkin düşmüş hesab olunur: "Yaxın qohumları ilə telefonla danışan Həyat adlı 16 yaşlı qız terrorçuların evlərini mühasirəyə aldığını görüb. O, qohumlarına bildirib ki, İŞİD-in əlin əsir düşmək istəmir, onlardan çox qorxur, deyib ki, əsgərlər onu zorlayacaq, ən yaxşısı ölməkdir. Bundan sonra o, özünü güllə ilə vurub. Bu ərəfədə teıefon açıq qalıb və Avropada yaşayan qohumlar atəş səsini eşidiblər. Qaçırılan kürd, yezidi, türkmən, ərəb qadınları bazarlarda satılır. Elə faktlar var ki, adam dəhşətə gəlir. Bir qadına bir gündə 20 siğə etdirilib".

F.Uca qadınları bazarda satanlar qədər onları alanların da cinayət işlədiklərini, mübarizəni daha da gücləndirməyin vacibliyini vurğulayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM